Pandemiya dövründə təmizlik xidmətləri necə İŞLƏMƏLİDİR?
    • 2-05-2020, 16:15
    • 898

Pandemiya dövründə təmizlik xidmətləri necə İŞLƏMƏLİDİR?

Pandemiya dövründə fərdi mənzillərdə təmizlik xidmətlərinə dair qaydalar müəyyənləşib. 

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

Qaydalarda deyilir: 

• Xidmət göstərən şəxs fərdi qoruyucu vasitədən istifadə etməlidir;

• Mənzilə daxil olduqda şəxsi gigiyena qaydalarına əməl olunmalıdır (20 saniyədən az olmamaq şərti ilə əllərin yuyulması və s.);

• Dəvət edən xidmət edəni xüsusi ayrılmış dəsmal, qida üçün nəzərdə tutulmuş dəst ilə təmin etməlidir;

• Dəvət edən özündə respirator simptomlar hiss etdikdə, xidmət edən şəxsi dəvət etməkdən çəkinməlidir.

• Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;

• Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;

• Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;

• Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;

• Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə göndərilməlidir;

• Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Digər sahələr: 

• Hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir;

Yekun müddəalar: 

• Sosial məsafə tədbirlərini tətbiq etməyə davam edin;

• Əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə müəssisənizə uyğun prosedur təsis edib tətbiqini təmin edin;

• Növbəlik prinsipini tətbiq edin;

• Tibbi maskaların məcburi istifadəsini təmin edin;

• Girış-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasının təmin edin;

• Dezinfeksiya və sterilizasiya işlərini gücləndirin.