-
- 17-06-2021, 19:12
- 471
Ağdamda minaya düşən şəxsin nəşi ailəsinə təhvil verildi - FOTO
Ağdamda itkin düşərək mina partlaması nəticəsində ölən şəxsin meyiti ailəsinə təhvil verilib.
Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb. İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib. Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.