-
- 17-06-2021, 10:45
- 660
İtkin kişinin minaya düşərək həlak olması ilə bağlı cinayət işi başlandı
İyunun 7-də Ağdam rayon sakini, 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.