İtkin düşən gənc qız tapıldı
    • 26-04-2021, 18:08
    • 470

İtkin düşən gənc qız tapıldı

Bir müddət əvvəl itkin düşən 24 yaşlı Goranboy rayon sakini Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.