"Kreditlər tələbəyə deyil, təhsil müəssisəsinə ödəniləcək"- NAZİR
    • 18-06-2021, 11:28
    • 512

"Kreditlər tələbəyə deyil, təhsil müəssisəsinə ödəniləcək"- NAZİR

"Kreditlər tələbəyə deyil, təhsil müəssisəsinə ödəniləcək. Yəni bu nağd formada deyil, köçürmə ilə həyata keçiriləcək" .

News24.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Kredit Fondunun yaradılması ilə bağlı mətbuat konsfransında deyib.

Nazir qeyd edib ki, öz hesabına təhsil alan tələəbərin illik təhsil haqqının bir hissəsi üçün də kredit ayrıla bilər: "Tələbə krediti vətəndaş üçündür. Əgər təhsil müəssisəsi lisenziiya ilə fəaliyyət göstərirsə, o zaman dövlət və özəl universititet olmasından asılı olmayaraq, kredit bütün tələbələrə şamil ediləcək".