Tərtərdə kişi məhkəmənin binası qarşısında arvadının başını kəsdi
    • 18-06-2021, 12:06
    • 571

Tərtərdə kişi məhkəmənin binası qarşısında arvadının başını kəsdi

Tərtərdə kişi arvadını rayon məhkəməsinin qarşısında qətlə yetirib.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. 

Bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyev həyat yoldaşı Arzu Əliyeva ilə mübahisə edib və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

****
12:21 


İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Tərtər rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
         
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.