Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı
    • 18-06-2021, 15:14
    • 491

Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı

Uzun müddətdir medianın diqqətindən kənarda qalan və özünə çəkilən yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yaranıb.

83 yaşlı yazıçının ürəyində şiddətli ağrılar var, yeriməkdə və danışmaqda çətinlik çəkir.

Hazırda ev şəraitində müalicə alan yazıçı hələ ki, xəstəxanaya yerləşdirilməyib.

Qeyd edək ki, 1937-ci il təvədllüdlü Əkrəm Əylisli “60-cılar” ədəbi nəslinin ən parlaq nümayəndələrindən biri sayılır. Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Lakin “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum etdi. Ondan ordenləri də geri alındı.

O vaxtdan Əkrəm Əylisli özünə çəkilib. /Bakupost/