Paşinyan və Koçaryan da səs verdi - Foto/Video
    • 20-06-2021, 14:29
    • 422

Paşinyan və Koçaryan da səs verdi - Foto/Video

Ermənistanda keçirilən parlament seçkiləri çərçivəsində əsas rəqiblər - baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan səs verib.

Hər iki namizəd səsvermə hüququndan paytaxt Yerevanda istifadə edib.
R.Koçaryan arvadı Bella ilə Yerevandakı səsvermə məntəqələrindən birinə gəlib.
O, jurnalistlərə “layiqli sülh və iqtisadi rifah” üçün səs verdiyini bildirib.

Yerevanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ailə üzvləri ilə birlikdə səsverməyə yollanıb.
O, hüququndan istifadə etmək üçün bir qədər növbədə gözləyib, səs verdikdən sonra isə jurnalistlərin suallarına cavab vermədən seçki məntəqəsini tərk edib./Qafqazinfo.az/