Xalq artistinin qızı nişanını qaytardı - FOTOLAR
    • 21-06-2021, 13:49
    • 1 015

Xalq artistinin qızı nişanını qaytardı - FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin nişanını qaytarıb.

News24.az xəbər verir ki, bu haqda Nəzrin Nəcəfova sosial şəbəkədə yazıb. O, izləyicilərinin ona ünvanlandığı "Nişanlısınız" sualını bu cür cavablandırıb: "Bu sual çox gəlib və hər dəfə də cavablamaq istəmirəm. Bu son cavabım olacaq. Nişanlı deyiləm, xahiş edirəm bundan sonra şəxsi həyatla bağlı suallar verməyin".

Qeyd edək ki, Nəzrinin toyu pandemiyaya görə iki dəfə təxirə düşmüşdü.