Dərman və siqaretlərin qanunsuz dövriyyəsinin qarşısı alındı
    • 22-06-2021, 11:29
    • 406

Dərman və siqaretlərin qanunsuz dövriyyəsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes -Benz" və "İveco" markalı nəqliyyat vasitələri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

News24.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3 229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2 600 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.