Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb - FOTO
    • 21-08-2020, 09:57
    • 486

Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb - FOTO

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə News24.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3 800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.