-
- 22-06-2021, 14:42
- 552
Prezident Şuşaya görə bu sərəncama dəyişiklik etdi
Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamda dəyişiklik edilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkili işlərinin davam etdirilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, habelə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin müsbət təcrübəsindən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədi daşıyır.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.
Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.
Sərəncamla Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.