"Bavariya" və PSJ-də oynadı, MLS klubuna keçdi - FOTO
    • Bu gün, 18:46
    • 70

"Bavariya" və PSJ-də oynadı, MLS klubuna keçdi - FOTO

Kamerun millisinin forvardı Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək.

News24.az xəbər verir ki, təcrübəli hücumçu "Nyu-York Red Bullz”la anlaşıb.

Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Çupo-Motinq hazırda iş vizasının çıxmasını gözləyir. 

Kamerunlu daha əvvəl "Hamburq", "Nürnberq", "Maynts", "Şalke", "Stok Siti", “Bavariya”, PSJ klublarında oynayıb.\Sportal.az