Ölkəmi heç vaxt tərk etməyəcəyəm - Prezident
    • Bu gün, 19:13
    • 474

Ölkəmi heç vaxt tərk etməyəcəyəm - Prezident


Serbiyanı heç vaxt tərk etməyəcəyəm, çünki bunun üçün mübarizə aparıram və ölkəni dirçəldirəm, siyasi məqsədlərlə uşaqlardan istifadəyə, zorakılığa qarşı mübarizə aparacağam.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə keçirilən Avropa İttifaqı-Qərbi Balkan ölkələri Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Nə qədər ki, sağam, Serbiyada yaşayacağam. Xaricdə heç bir hesabım yoxdur. Xaricdə daşınmaz əmlakım yoxdur. Serbiyadan kənarda, heç bir yerdə heç nəyim yoxdur. Serbiya mənim həyatımdır. Serbiya uğrunda döyüşmüşəm və onu layiqincə təmsil etmişəm”, - deyə Serbiya Prezidenti bildirib.