Kinorejissor Çingiz Rəsulzadə vəfat etdi - FOTO
    • 22-06-2021, 15:57
    • 817

Kinorejissor Çingiz Rəsulzadə vəfat etdi - FOTO

Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

News24.az xəbər verir ki, bu barədə "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.

Qeyd edək ki, Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb. Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifidir. /apa.az