-
- 23-06-2021, 13:31
- 620
"Həkimim tapşırıb ki, sudan çıxma"- BAKI ÇİMƏRLİYİNDƏN REPORTAJ
Yay mövsümündə əhalinin ən çox üz tutduğu yerlərdən ən birincisi təbii ki, çimərliklərdir. Nəzərə alsaq ki, paytaxtda havanın təmperaturu 34 dərəcəni göstərir, o zaman dincəlmək üçün ağıla ilk olaraq məhz dəniz gəlir. Hazırda insanların əyləncəsini və istirahətini təmin etmək üçün Xəzər dənizinin sahilində bir çox çimərliklər fəaliyyət göstərir.
Olduğumuz ictimai çimərlikdə də kifayət qədər dincələn var idi. Kimisi dənizin mehindən həzz alır, kimisi qumda uzanıb özünü günə verir, kimisi də sudan çıxmaq istəmirdi. Çimərlikdə yerli sakinlərlə yanaşı, çox sayda turistlərin olduğu da diqqətimizi çəkdi.
İran, Türkiyə, Rusiya və bəzi Avropa ölkələrindən gələnlər dənizimizin dadını çıxarırdı.
Daha ətraflı News24.az-ın çimərliklərdən hazırladığı videoreportajda:
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov