İranda nüvə obyektinə qarşı təxribatın qarşısı alındı
    • 23-06-2021, 17:29
    • 379

İranda nüvə obyektinə qarşı təxribatın qarşısı alındı

İran Atom Enerjisi Təşkilatının müəssisəsində təxribat cəhdlərinin qarşısı alınıb.

News24.az xəbər verir ki, bu barədə İran höküməti məlumat yayıb. İran xüsusi xidmət orqanlarının əməliyyatı itki və maddi ziyanla nəticələnməyib. Obyektin adı açıqlanmır. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Hadisənin Keredj şəhərinin ətrafında baş verdiyi bildirilir.