"Rusiya Bakı ilə Yerevan arasındakı münaqişəni həll edə bilən moderatordur" - Polad Bülbüloğlu
    • 14-07-2020, 13:11
    • 684

"Rusiya Bakı ilə Yerevan arasındakı münaqişəni həll edə bilən moderatordur" - Polad Bülbüloğlu

Rusiya Bakı ilə Yerevan arasındakı münaqişəni həll etməyə qadir olan moderatordur.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Moskvadakı səfiri Polad Bülbül oğlu "Exo Moskvı" radiostansinın edirində deyib:"Dünən, Azərbaycanın xarici işlər naziri bütün gün danışıqlar prosesində olub. Sergey Viktoroviç Lavrov dünən zəng edib. Ermənistan tərəfi ilə də söhbət olub. Rusiya həm vəziyyəti sakitləşdirmək, həm də münaqişəni həll etmək iqtidarında olan moderatordur".

Qeyd edək ki, bir gün əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Yerevan və Bakıdakı həmkarları ilə telefon danışığı apararaq, verilən öhdəliklərə uyğun olaraq dərhal atəşkəsi bərpa etməyə və təmkinli olmağa çağırış edib.