Millət vəkili Türkiyədə  “Qarabağ həftəsi”nə qatılacaq
    • 24-06-2021, 16:51
    • 443

Millət vəkili Türkiyədə “Qarabağ həftəsi”nə qatılacaq

İstanbulda Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə “Qarabağ həftəsi” çərçivəsində tədbirlər keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

Millət vəkili Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində  deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.
Səfər iyulun 5-də başa çatacaq.