Aysel Əlizadə Türkiyədə də fəaliyyət göstərəcək
    • 6-11-2018, 14:18
    • 2 111

Aysel Əlizadə Türkiyədə də fəaliyyət göstərəcək

İstanbulda işgüzar səfərə gedən müğənni Aysel Əlizadə noyabrın 2-si Grandequieto klubunda konsert proqramı ilə çıxış edib.

"Yandırdın qəlbimi" mahnısı ilə xeyli müddətdir Türkiyədə populyarlıq qazanan Aysel hazırki səfərində oranın bir neçə yerli tele-kanalına müsahibə verib. 
Müğənni Azərbaycan üzrə meneceri Daşqın Rzazadənin News24.az-a verdiyi məlumata görə A. Əlizadə türk menecerlər Hüseyin Yılmaz və Gökay TE ilə işbirliyinə başlayıb. İlk olaraq, planda Ayselin "Yandırdın qəlbimi" mahnısına Türkiyədə klip çəkmək var. Bunun üçün hazırda Balin Film Productionda hazırlıq işləri gedir.

News24.az