"Dəliyə hər gün bayramdır..." - AYSEL ƏLİZADƏ GECƏ KLUBUNDA
    • 12-09-2019, 14:08
    • 2 778

"Dəliyə hər gün bayramdır..." - AYSEL ƏLİZADƏ GECƏ KLUBUNDA

Bir müddət öncə şəxsi həyatı ilə bağlı adı qalmaqallardan düşməyən Aysel Əlizadə "İnstagram" da növbəti paylaşımı ilə diqqət çəkməyi bacarıb.

News24.az xəbər verir ki, Əlizadə İstanbulda gecə klubların birində əylənərkən videosunu paylaşıb.

Müğənni görüntünün altında: "Gəncliyin gedişini ancaq dəlilik durdurur və cansıxıcı yaşlılığı bizdən uzaq tutar. Dəliyə her gün bayramdır məsələsi" şərhini əlavə edib.

Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın "Səni axtarıram" verilişinə müraciət edərək Ayselin onun 13 illik ailəsini dağıtdığını iddia edib. Turanə "Yetim" ləqəbli məşhur iş adamı Elçin Nəcəfov ilə ailəli olub.

Sözügedən görüntüləri təqdim edirik:

Sevda Bayramova