Azərbaycanlı gənc Moskvada çayda boğuldu
    • 27-06-2021, 19:59
    • 384

Azərbaycanlı gənc Moskvada çayda boğuldu

Şəki rayon sakini Rusiyada suda boğulub.

News24.az xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.

Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V. Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır. /apa.az