Bakıda 19 nəfəri gün vurdu
    • 29-06-2021, 13:06
    • 556

Bakıda 19 nəfəri gün vurdu

22-29 iyun tarixləri arasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına günvurma şikayətləri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sözügedən tarixlərdə 19 nəfər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına müraciət edib. Onlardan 7-si uşaq, 12-si isə böyüklərdir. 

Uşaqlardan 5-nə yerində yardım göstərilib, 2 uşaq hospitalizasiya edilib.

7 nəfər böyüyə yerində kömək olunub, 5 nəfər isə hospitalizasiya edilib.