Plastik qablarda turşu qoymaq təhlükəlidir
    • 27-09-2019, 01:04
    • 1 135

Plastik qablarda turşu qoymaq təhlükəlidir

Havalar soyuduqca turşuya qoyularaq konservləşdirilmiş məhsulların mövsümü başlayır. Təəssüf ki, həmin məhsullardan istifadə zamanı zəhərlənmə halları ilə də üzləşənlər olur. Bunun başlıca səbəbi mikrobioloji çirklənmə, yəni botulizmdir.
Botulizm konservləşmə düzgün aparılmadıqda baş verir?
News24.az -ın məlumatına görə, İlk növbədə qida məhsullarının konservləşdirilməsi zamanı istifadə olunan meyvə-tərəvəzin təbiliyinə diqqət yetirmək lazımdır. Konservləşdiriləcək məhsullar axar su altında təmiz yuyulmalı, istifadə olunacaq qablar isə düzgün sterilizə olunmalıdır. Şüşə və plastik bankalar, qapaqlar mütləq ən azı yarım saat suyun içərisində qaynadılmalıdır. Plastik qablarda turşu qoymaq daha təhlükəlidir. Belə qablardan istifadə edildikdə isə konservləşdirilmiş məhsulun saxlanma müddəti uzun olmamalıdır. Bankanı bağlayarkən içərisində çiy su və hava qalmamalıdır. İstehsalı şübhə doğuran, qapağı qalxan bankalarda olan məhsullardan istifadə etməməyə diqqət yetirmək vacibdir.