-
- 29-06-2021, 18:00
- 549
Ceyhun Bayramov İvana Duarteni qəbul etdi
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İvana Duarteni ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən News24.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycanın AYİB ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edərək, mövcud münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
Bankın nümayəndəliyinin rəhbəri İvana Duarte Azərbaycandakı fəaliyyətinin müsbət nəticələrindən bəhs edərək, bu xüsusda bərpa olunan enerji, dayanaqlı inkişaf sahələrində əməkdaşlığı xüsusilə qeyd edib. 2019-cu ildə Azərbaycan Respublikası Baş nazirinin AYİB-in London şəhərində baş qərargahında keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirakı, habelə imzalanmış razılaşmaların əməkdaşlığın genişləndirilməsinə önəmli təkan verdiyi bildirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası mərhələdə bölgədə mövcud olan vəziyyət və əməkdaşlıq imkanları barədə məlumat verərək, xüsusilə azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərindən bəhs edib. Bu mərhələdə beynəlxalq tərəfdaşlarla, o cümlədən AYİB ilə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nair Ceyhun Bayramov İvana Duarteyə Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkür edərək, ona gələcək səylərində müvəffəqiyyətlər arzulayıb.

Bank tərəfindən mühüm layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak xüsusilə qeyd edilib. Həmçinin AYİB-in Azərbaycan üzrə nümayəndəliyinin aidiyyəti nazirliklər ilə həyata keçirdiyi uğurlu əməkdaşlığı məmnunluqla ifadə edilib.