Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” medalı oğluna təqdim olundu - FOTO
    • 2-07-2021, 17:38
    • 863

Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” medalı oğluna təqdim olundu - FOTO

Şəhid general Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” medalı ailəsinə təqdim olunub.

News24.az xəbər verir ki, medalı şəhid generalın oğlu Davud Həşimov alıb.

D.Həşimov "Çox istərdim ki, bu Milli Qəhrəman medalı mənə yox, atamın özünə təqdim olunardı" deyib..

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla general Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.