Bursada prospektlərdən birinə Polad Həşimovun adı verildi - Foto
    • 29-06-2021, 11:09
    • 1 561

Bursada prospektlərdən birinə Polad Həşimovun adı verildi - Foto

Türkiyənin Bursa şəhərində yerləşən prospektlərdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı verilib. 

Şəhid general Polad Həşimovun ailəsindən News24.az-a verilən məlumata görə, növbəti ay prospektin açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Bu mərasimdə generalın ailə üzvlərinin də iştirakı gözlənilir.  

Xatırladaq ki, Bursa şəhərində bir parka da şəhid general Polad Həşimovun adı verilmişdi.