Aİ komissarının Azərbaycana səfər tarixi açıqlandı
    • 3-07-2021, 10:09
    • 737

Aİ komissarının Azərbaycana səfər tarixi açıqlandı

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi iyulun 8-də Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin mətbuat xidməti yayıb.

Xatırladaq ki, diplomat iyulun 6-dan 9-dək Cənubi Qafqazda – Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq.

O.Varhelyi Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının sədri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov and energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Aİ komissarı iyulun 7-də Gürcüstanda, iyulun 9-da isə Ermənistanda olacaq.

Onun region ölkələrində İqtisadi və İnvestisiya Planını təqdim edəcəyi və ikitərəfli münasibətlərin əhəmiyyətli məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitinin keçirilməsinə hazırlıq kontekstində Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək üçün Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-26-da Cənubi Qafqaza səfər ediblər.