Abşeronda ticarət mərkəzindən oğurluq edildi
    • 3-07-2021, 11:14
    • 420

Abşeronda ticarət mərkəzindən oğurluq edildi

Abşeron rayonunda oğurluq edən şəxslər tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 3 416 manat dəyərində noutbuk, 4 ədəd kamera və videoproyektor oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini C.Quliyev saxlanılıb.

Bundan başqa, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-na keçən gecə rayon ərazisindəki evlərin birindən 1 300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Dadaşov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun digər evdən 2 ədəd ov tüfəngi oğurlaması və L.Nağıyevə məxsus “Nissan” markalı avtomobili qaçırması da müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Dadaşovdan tüfənglər götürülən, avtomobil Masazır qəsəbəsi ərazisində tapılıb.