Prokurorluq restoranda cərəyan vurması nəticəsində ölən şəxslə bağlı məlumat yaydı
    • 5-07-2021, 11:40
    • 536

Prokurorluq restoranda cərəyan vurması nəticəsində ölən şəxslə bağlı məlumat yaydı

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olunub. 

Səbail rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış  nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.