-
- 5-07-2021, 12:20
- 398
"Xəzərdə palçıq vulkanlarının olmaması yalandır" - RSXM
"Xəzər dənizində palçıq vulkanlarının olmaması yalandır. Xəzərdə aktiv fəaliyyətdə olan vulkanlar çoxdur. 2000-ci il noyabrın 25-də Xəzərdə baş verən zəlzələdən bir gün sonra vulkan püskürüb, yeni bir ada yaratdı".
News24.az xəbər verir ki, bunu Xəzər dənizində baş vermiş vulkanla bağlı keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib: "Elə vulkanlar var ki, onlar alovla müşahidə edilmir, daha sakit şəkildə axır. Qobustan vulkanlarla doludur. Litosfer insan kimi canlıdır, nəfəs alır, daim hərəkətdədir. Təhlükə zonalarını müşahidə etmək üçün daim araşdırmalar edirik".
Məhərrəm Əliyev