Daha 10 qazi müalicə üçün Türkiyəyə göndərildi
    • 5-07-2021, 16:12
    • 675

Daha 10 qazi müalicə üçün Türkiyəyə göndərildi

Ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə News24.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Mustafayev Elşən Dilavər oğlu

2. Babayev Elnur Əlihüseyn oğlu

3. Əmirəliyev Nicat Kərəməli oğlu

4. Cavadzadə Fuad Sənani oğlu

5. Əmrahov Ruslan Rəşid oğlu

6. Qəhrəmanlı Yaqub Abdulla oğlu

7. Sadıqov Cəlal Elfaq oğlu

8. Şükürov Tural Vüqar oğlu

9. Mehtiyev Namiq Murəddin oğlu

10. İsubov Rəfail Bayram oğlu

Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.