Baş Prokurorluq XƏBƏRDARLIQ EDİR - Video
    • 6-07-2021, 11:39
    • 700

Baş Prokurorluq XƏBƏRDARLIQ EDİR - Video

Baş Prokurorluq ölkə ərazisində baş verən yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, xəbərdarlıqda bildirilir: 

"İstehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, Elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı  qaydalarının pozulması, müəyyən edilmiş standartlara cavab verməyən elektrik xəttlərinin quraşdırılması və istismarı baş vermiş hadisələrin əsas səbəblərindəndir.

Elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur.

Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"