Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıblar
    • 7-11-2018, 13:50
    • 707

Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıblar

Şamaxı rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Şəhriyar qəsəbəsi ərazisində qeydə alınıb. 
Belə ki, Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-nə keçən gecə Şəhriyar qəsəbəsi ərazisindən Elşad Mehrəliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakinləri Şəhruz Eyvazzadə və əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev saxlanılıblar.