Bakıda “VAZ-2107”-ni qaçıran şəxslər SAXLANILDI
    • 20-04-2020, 21:52
    • 575

Bakıda “VAZ-2107”-ni qaçıran şəxslər SAXLANILDI

"VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıblar.