6 ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
    • 7-07-2021, 09:41
    • 584

6 ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

2021-ci ilin yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 175,5 mln. manat və ya 10,6 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan News24.az-a verilən məlumata görə, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 mln. manat və ya 1,6 faiz, qeyri-büdcə təşkilatlarında isə 123,4 mln. manat və ya 11,9 faiz artım qeydə alınıb.