-
- 7-07-2021, 16:59
- 516
Bu günə qədər COVID-ə yoluxma qeydə alınmayan Türkmənistanda vaksinasiya məcburi oldu
Türkmənistan hakimiyyəti ölkədə 18 yaşdan yuxarı vətəndaşlar üçün koronavirusa qarşı vaksinasiyanı məcburi edib.
News24.az xəbər verir ki, peyvəndin komponentlərinə qarşı alergiyası olan vətəndaşlar, hamilə, övladına süd verən qadınlar, həmçinin yüksək bədən istiliyi və bu zaman xroniki xəstəlikləri olanlar məcburi vaksinasiyaya cəlb edilməyəcəklər.
Qeyd edək ki, Türkmənistanda bu günə qədər rəsmi olaraq koronavirusa yoluxma qeydə alınmayıb. Eyni zamanda iyun ayının sonunda Türkmənistan prezidenti koronavirusa qarşı 1,5 milyon doza peyvənd alınması barədə əmr verib.