Yeni televiziya kanalının açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı
    • 7-07-2021, 19:23
    • 427

Yeni televiziya kanalının açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı

İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

MTRŞ-dam News24.az-a bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib

"APA Mark" MMC;

"Təhsil TV" MMC;

"Balans Studiyası" MMC;

"İNS ÇM" MMC;

"İsti Press" MMC

"Medical Media" MMC

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.