Azərbaycanda son sutkada 53 478 vaksin vurulub
    • 8-07-2021, 16:38
    • 413

Azərbaycanda son sutkada 53 478 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.