Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
    • 9-07-2021, 09:35
    • 536

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib. 

DSMF-dən News24.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.