Saxta COVID-19 pasportu satan tibb işçiləri saxlanıldı
    • 9-07-2021, 11:10
    • 744

Saxta COVID-19 pasportu satan tibb işçiləri saxlanıldı

Qazaxıstanın üç bölgəsində COVID-19 pasportu satan tibb işçiləri saxlanılıblar. 

News24.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəsmisi Marat Axmetcanov məlumat verib. O bildirib ki, tibb işçiləri vaksin olunmamış şəxslər üçün saxta COVID-19 paspartları hazırlayıb, vaksini isə məhv ediblər. 

Tibb işçiləri Nur-Sultan, Akmola və Alma-Ata bölgələrində saxlanılıblar.