-
- 6-05-2020, 17:47
- 871
"Bəzi tibb işçiləri səhv anlayıblar" - Maaşlara əlavələrlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
10 mindən çox tibb işçisinin əmək haqqına əlavələr edilib.
News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, tibb işçilərinin əmək haqqlarına əlavələrlə bağlı anlaşılmazlıq var: "Təəssüflər olsun ki, bəzi tibb işçiləri səhv anlayıblar. Mart ayında 9483 tibb işçisinə, 1043 qeyri tibb işçisinə müddətli əlavələr ödənilib. Mart ayında 6 milyondan çox vəsait ödənilib. COVİD-lə bağlı kimlər müraciət edibsə, bu araşdırılıb. Məhz bu araşdırmalara görə gecikmələr olub. Ödəmələrlə bağlı şikayətlər varsa, ya tibb müəssisinin rəhbəri adından, ya da tibb işçisi adından müraciət edilsin. Məsələ mütləq araşdırılacaq və şikayətçiyə ödəniş ediləcək".
Afaq Mirayiq