AAYDA vətəndaşlara müraciət etdi
    • 13-07-2021, 13:35
    • 471

AAYDA vətəndaşlara müraciət etdi

Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmi e-mail ünvanına ([email protected]) və ya sosial şəbəkə hesabları vasitəsi ilə vətəndaşları müraciət etməyə çağırır.

AAYDA-dan News24.az-a verilən məlumata görə, göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video əlavə etmək xahiş edilir.

Qeyd olunur ki, küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün şikayət və təkliflərin bilavasitə AAYDA-ya bildirməyi olduqca vacibdir.