Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
    • 10-06-2021, 08:52
    • 534

Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Gəncə şəhərində yanğın hadisəsi olub.

Bu barədə News24.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.