Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı
    • 14-07-2021, 11:24
    • 330

Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.

Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsindən News24.az-a keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.