Azərbaycanlı dizayner 300 nəfərlik ad günü keçirdi-FOTO-VİDEO
    • 8-11-2018, 14:50
    • 3 136

Azərbaycanlı dizayner 300 nəfərlik ad günü keçirdi-FOTO-VİDEO

Tanınmış dizayner, məşhurların İbo deyə səsləndiyi İbadəddin Tağəyevin ötən gün doğum günü idi.
 
News24.Az xəbər verir ki, səbəbkar bu münasibətlə böyük məclis qurub. Müdrüklük yaşını – 33-ü qeyd edən səbəbkarın məclisinə yerli ulduzlar axın edib. Ad günündən daha çox təmtəraqlı toy mərasiminə bənzəyən gecədə standartdankənar məqamlar baş verib. 
Gecədə İbonun yeni layihəsi olan gənc müğənni Elmar Yunisin klipinin təqdimat mərasimi də baş verdi. 
Aparıcısı Afaq Gəncəli, Samir Bayramlı, Zümrüd Bədəlova və Nərgiz Məmmədova olan doğum gününün açılışı estrada ulduzu Rəhim Rəhimlinin öhdəsinə düşüb. Rəhimin əsl şousu gecəyə xüsusi maraq qatıb. 
Ramal İsrafilov, Yaşar Cəlilov, Ceyhun Qala, Ədalət Şükürov, Roza Zərgərli, Nazilə Səfərli, Kamil Zeynallı, Nadir Qafarzadə, Zemfira Adıgözəlova, Fatimə Fətəliyeva, Renka, Türkan Vəlizadə, Yaşar Yusub, Nəsib Nur, Elnur Həsənov, Kənan Bayramov, Şəbnəm Qəhrəmanova, DJ Roşka, Günel Ələkbərova, Sərxan Kərəmoğlu, Aqil Məmiyev, Cəlal Kəngərli və bir çox məşhurların qatıldığı gecədən görüntüləri təqdim edirik: