Nail Naiboğlu ad günü konsertini mərhum həyat yoldaşına həsr edəcək - FOTO
    • 2-11-2018, 11:10
    • 1 927

Nail Naiboğlu ad günü konsertini mərhum həyat yoldaşına həsr edəcək - FOTO

Rejissor Nail Naiboğlu ad günü ilə bağlı konsert proqramı təşkil edəcək. 

News24.az xəbər verir ki, tədbir 20 dekabr saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. 
Gecədə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Ədalət Şükürov, müğənnilər Natavan Həbibi, Elnur Məmmədov, Nadir Qafarzadə, Günay İbrahimli rəqqasələr Fatimə Fətəliyeva, Oksana Rəsulova, meyxanaçı Tərlan Novxanı, Özbəkistanın məşhur müğənnisi Aziz Rametov və bir çoxları iştirak edəcək. 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatı dəstəyi ilə keçiriləcək konsertin adı “Gülüm” olacaq. 
Şairə Nazilə Səfərlinin aparıcılığı ilə baş tutacaq konsertin rejissorulu Aqil M.Quliyevə həvalə edilib. 
Konsertin rejissorluğunu həmkarına həvalə edən Nail Naiboğlu bunun səbəbini belə açıqlayıb:
“Bu mənim günüm olduğu üçün istədim ki, rahat oturum və öz gecəmi, yaradıcılığımı izləyim.  43 yaşım tamam olur və bundan sonra doğum günləri qeyd etməyəcəyəm. Ümumiyyətlə, yoldaşımın vəfatından sonra qərar verdim ki, hər il ad günümdə konsert təşkil edərək, onu Gülümə həsr edim”.
Konsertin informasiya dəstəyi News24.az saytıdır.