"Media savadlılığı çərçivəsində cəmiyyətimizlə də layihələrimiz olacaq" - Əhməd İsmayılov
    • 14-07-2021, 16:12
    • 530

"Media savadlılığı çərçivəsində cəmiyyətimizlə də layihələrimiz olacaq" - Əhməd İsmayılov

"Media savadlılığı çərçivəsində cəmiyyətimizlə də layihələrimiz olacaq". 

News24.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Mediada islahatlara doğru" silsilə seminarların bağlanış mərasimində deyib.

Əhməd İsmayılov vurğulayıb ki, məqsəd bütün təcrübələri bölüşüb, tam məlumatlanmaqdan ibarət idi: "Xahişimiz bundan ibarətdir ki, hər bir media subyekti seminar çərçivəsində səslənən fikirləri digər jurnalistlərlə bölüşsün. Biz istənilən müzakirəyə və dəstəyə hazırıq. Əsas odur ki, inkişaf edək".