Baş nazir Tbilisi meri ilə görüşdü
    • 14-07-2021, 18:57
    • 656

Baş nazir Tbilisi meri ilə görüşdü

Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.

News24.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.