Cavanşır Məmmədov Mənzurə Musayevaya od püskürdü:
    • 15-07-2021, 13:37
    • 671

Cavanşır Məmmədov Mənzurə Musayevaya od püskürdü: "ÖZÜNÜ YIĞIŞDIR" - VİDEO

"Öz gözlərində tir görməyən başqa gözlərdə mil axtarırlar. Bəyəm prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Amma gərək danışanda çox diqqətli olasan. Elə danış ki, quyuya özün düşə bilərsən".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində deyib. O, Mənzurə Musayevanın "Duet oxuyanlar sevgilidir" fikirinə tənqidi münasibət bildirib: "Bəyəm Flora Kərimova ilə Gülağa Məmmədov sevgili idi? Yoxsa Yaşar Səfərovlıa Elmira Rəhimova sevgili idi? Durub deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Utanmırsan sən? Onun ailəsində niyə söz söhbət yaradırsan?  Uşaqsan? Adama bir dəfə söz deyərlər. Kimsə sənin haqda bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdın ki, sizdən danışmıram. Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq".